Monteneqro elektrik və qaz qiymətləri ucuz olan ölkələr siyahısındadır
Podqoritsa, 12 may, AZƏRTAC
Monteneqro elektrik enerjisi və təbii qaz qiymətlərinin ucuz olduğu ölkələr sırasında yer alıb.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, Monteneqro ev təsərrüfatları üçün elektrik enerjisinin ən aşağı qiymətinə malik Avropa ölkələrindəndir.
Belə ki, Monteneqroda ev təsərrüfatlarında elektrik enerjisinin 100 kilovat-saatı üçün orta qiymət 16,49-18,16 avro civarındadır və Avropa İttifaqındakı 28,49 avroluq orta göstəricidən xeyli aşağıdır. Ölkədə elektrik enerjisinin əlverişli qiyməti tənzimlənən tarif modeli, su elektrik stansiyalarından yerli istehsal, eləcə də liberallaşdırılmış bazarda məhdud iştirak da daxil olmaqla bir neçə amillə bağlıdır.
Elektrik enerjisi ilə yanaşı, Monteneqro köhnə qitədə təbii qaz qiymətlərinin nisbətən əlverişli olduğu ölkələr qrupuna daxildir.
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:50]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]