SİYASƏT
Monteneqro televiziyası Azərbaycandakı parlament seçkiləri barədə süjet yayımlayıb VİDEO
![](/files/galleryphoto/2020/1/1200x630/158159441068444439_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15815944102300645397_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15815944104432032480_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15815944105103450920_1200x630.jpg)
Podqoritsa, 13 fevral, AZƏRTAC
Monteneqro televiziyası Azərbaycanda keçirilən parlament seçkiləri barədə süjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, jurnalist Tiana Peroviçin hazırladığı süjetdə ölkəmizdə parlament seçkilərinin demokratik şəraitdə keçirildiyi qeyd olunur. Bildirilir ki, insanlar seçki məntəqələrinə gələrək sərbəst şəkildə öz seçimlərini ediblər.
Süjetdə, həmçinin Azərbaycan xalqının qonaqpərvərliyi və ölkəmizdəki sabitlik barədə danışılır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa