Monteneqronun “ən tənbəl vətəndaşları” məlum olub
Podqoritsa, 6 oktyabr, AZƏRTAC
Monteneqronun Nikşiç şəhəri yaxınlığında yerləşən Brezna etno kəndində keçirilən və ölkənin yumoristik ənənələrindən biri sayılan çox yatmaq yarışmasının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışmanın 49-cu günündə Lidiya Markoviç və Filip Knezeviç qalib gəliblər. Qaliblər 1000 avro mükafata yiyələnib və ölkənin “ən tənbəl vətəndaşları” olublar. Həmçinin 1200 saat davam edən yarışmada rekord qeydə alınıb.
Bu il 12-ci dəfə keçirilən yarışma avqustun 18-də ümumilikdə 21 iştirakçı ilə başlayıb. Qaydalara əsasən, günü uzanaraq keçirən iştirakçılara yatmağa, qidalanmağa, kitab oxumağa və telefondan istifadə etməyə icazə verilib. Lakin ayağa qalxmaq qayda pozuntusu hesab olunub və iştirakçılara hər 8 saatdan bir şəxsi ehtiyaclarını ödəmək imkanı yaradılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]