Moskva Azərbaycanlıları İcması Ermənistanın hərbi təxribatını pisləyən bəyanat yayıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Rusiya paytaxtında fəaliyyət göstərən Moskva Azərbaycanlıları İcması ölkəmizin dövlət sərhədində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyevin adından yayılmış bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-dən etibarən törətdiyi hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilib.
Qeyd edilib ki, Rusiyada yaşayan Azərbaycan icması yaranmış duruma görə dərin narahatlıq hissi keçirir. Çünki beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqazda münasibətlərin normallaşmasına və sülh prosesinə hər vəchlə mane olmağa çalışması açıq-aşkar göz qabağındadır.
İcma rəhbəri dünya birliyini Ermənistanın təcavüzkar siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyması və sülhə sövq edilməsi istiqamətində təzyiqlərini artırmağa və əməli addımlar atmağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]