MOSKVA BAKINI QAFQAZDA MÜHÜM TƏRƏFDAŞ KİMİ GÖRÜR
Diplomat bildirmişdir ki, yaxın vaxtlarda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının və hərtərəfli əməkdaşlığının möhkəmləndirilməsi haqqında müddəalar bu sənədlərdə öz əksini tapacaqdır. Münasibətlərin inkişaf etdirilməsi üçün hüquqi bazanı genişləndirəcək əlavə sazişlər də bağlanacaqdır.
A.Yakovenko demişdir ki, Moskva, Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli də daxil olmaqla, yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində maraqlıdır. Rusiya-Azərbaycan münasibətlərində ticarət-iqtisadi əlaqələrə böyük əhəmiyyət verilir. Tərəflərin qarşısında ticarətin həcmini artırmaq, nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində kooperasiyanı inkişaf etdirmək vəzifəsi durur. RF XİN-in rəsmi nümayəndəsi “hərbi və hərbi-texniki əməkdaşlığın qaydaya salınmasını” da zəruri hesab edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]