Moskva məhkəməsi amerikalı jurnalistin həbs qərarını qüvvədə saxlayıb
Bakı, 18 aprel, AZƏRTAC
Moskva məhkəməsi amerikalı jurnalist Evan Qerşkoviçin həbs qərarı ilə bağlı apelyasiya şikayətini rədd edib. O, Lefortovo həbsxanasında qalacaq.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, jurnalistin vəkili cəzanın ev həbsi ilə əvəz olunmasına və ya onun 50 milyon rubl girov müqabilində azadlığa buraxılmasına çalışıb. Məhkəmənin iclası qapalı rejimdə keçirilib. Qərarın elan olunarkən zala cəmi on jurnalist və ABŞ səfirliyinin nümayəndə heyəti buraxılıb.
“Evan Qerşkoviçə qarşı ittihamlar əsassızdır və biz Rusiyanı onu və casusluqda ittiham edilən sabiq amerikalı hərbçi Pol Uilanı tez bir zamanda azadlığa buraxmağa çağırırıq”, - deyə diplomatik missiyanın rəhbəri Linn Treysi mətbuata açıqlamasında bildirib.
“Wall Street Journal” nəşrinin 31 yaşlı müxbiri Evan Qerşkoviç martın sonlarında Yekaterinburq şəhərində saxlanılıb. Federal Təhlükəsizlik Xidməti onu Rusiyanın hərbi sənaye kompleksi müəssisələrinin birində dövlət sirri təşkilı edən məlumatları toplamaqda ittiham edir. Həmin maddə üzrə jurnalisti 20 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, ABŞ və Rusiya sonuncu dustaq mübadiləsini 2022-ci ilin dekabrında həyata keçirib. O zaman silah ticarətində ittiham olunan Viktor But Rusiyaya, narkotik vasitələrin qaçaqmalçılığında günahlandırılan basketbolçu Brittni Qrayner isə ABŞ-a qaytarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]