Moskva Rusiyanın Krakovdakı baş konsulluğunun bağlanmasına cavab verəcək
Moskva, 12 may, AZƏRTAC
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moskva Rusiyanın Krakovdakı baş konsulluğunun bağlanması ilə bağlı Polşa tərəfinin hərəkətlərinə tezliklə cavab verəcək.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, Polşa hakimiyyəti vətəndaşların maraqlarına məhəl qoymadan ikitərəfli münasibətləri pozmaq kursunu davam etdirir.
Qeyd edək ki, bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Krakovdakı baş konsulluğunun bağlandığını elan edərək, Rusiya xüsusi xidmət orqanlarının Marıvilska küçəsindəki ticarət mərkəzinə qarşı təxribatda iştirakına dair sübutları əsas gətirmişdi. Bu, son aylarda ikinci belə haldır. 2024-cü ilin oktyabrında Polşa Moskvanı Vroslavda yanğına cəhdlərdə iştirakda ittiham edərək Rusiyanın Poznandakı baş konsulluğunu bağlayıb.
Bu hərəkətlərə cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sankt-Peterburqdakı konsulluğunun bağlandığını elan edib.
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]