Azərbaycan Dövlət İnformasiya Agentliyi

MOSKVADA FACİƏDƏN ZƏRƏR ÇƏKƏNLƏR DÖVLƏTİMİZİN BAŞÇISININ QAYĞISINI HƏR AN HİSS EDİRLƏR

AZƏRTAC-ın xəbər verdiyi kimi, Moskvanın Bauman küçəsindəki bazarda faciə nəticəsində 44 həmvətənimiz həlak olmuş, 12 nəfər isə xəsarət alaraq, şəhərin xəstəxanalarına qoyulmuşdur. Fevralın 23-də baş verən faciə nəticəsində bazarın binası tamamilə uçmuşdur.

Həmin gün səhər tezdən insan tələfatı haqqında xəbərlər gəlməyə başlamış və təəssüflər olsun ki, bu rəqəm saatbasaat artmışdır. Moskva hökumətinin nümayəndələri, RF Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, xilasetmə xidmətləri, Azərbaycanın Moskvadakı səfirliyinin əməkdaşları bütün gün hadisə yerində olmuşlar. Buna baxmayaraq, faciənin miqyasını, binanın damı çökərkən orada nə qədər adam olduğunu söyləmək çətin idi. Odur ki, zərər çəkən insanları xəstəxanalara daşıyan təcili yardım maşınlarını izləməkdən və xilasedicilərin uçuqların altında qalmış adamları çıxarmasına mane olmamaqdan başqa çarə yox idi.

Xilasetmə əməliyyatına rəhbərliyi Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu öz üzərinə götürmüşdü. Səhər tezdən hadisə yerində olan Moskvanın meri Yuri Lujkov da FHN və Moskva hökumətinin zərərçəkənlərə yardım üçün yaratdıqları əməliyyat qərargahından bir an belə uzaqlaşmırdı. Kömək barədə çağırışları eşitmək üçün bir neçə dəfə sükut dəqiqələri elan edilir, kinoloqlar uçuqların altında sağ qalanları aşkar etmək üçün itlərlə ərazini gəzirdilər. Uçuqların altından imdad səsləri eşidilirdi, bəziləri cib telefonu ilə zəng vuraraq yardım diləyirdilər. Xilasedicilər məharətlə işləyərək onları uçuqların altından çıxarırdılar.

Artıq axşama yaxın məlum oldu ki, xilasetmə əməliyyatı, əsasən, başa çatmışdır, uçuqların altından daha heç bir hənirti gəlmirdi. Buna baxmayaraq, xilasedicilər iki sutka işlərinə ara vermədilər.

Azərbaycanın Moskvadakı səfirliyinin nümayəndələri RF FHN-nin və Moskva hökumətinin əməliyyat qərargahında gecə-gündüz növbə çəkir, xilasedicilərlə daim sıx əlaqə saxlayırdılar. Onlar zərərçəkənlərə və həlak olanların qohumlarına ciddi kömək göstərirdilər. Axı çoxları öz əzizlərinin harada olduqlarını və onları necə axtarmağı bilmirdi. Həlak olanların kimliyinin müəyyənləşdirilməsinə də kömək göstərilirdi. Bu məqsədlə səfirliyin əməkdaşlarının bir qismi Moskvanın meyitxanalarına gedir və üstündə heç bir sənədi olmayan meyitlərin tanınmasında qohumlarına kömək edirdi.

Dövlətimizin başçısı İlham Əliyev faciədən və onun miqyasından xəbər tutan kimi zərər çəkmiş həmvətənlərimizə yardım göstərilməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi barədə sərəncam verdi. Azərbaycan Prezidentinin şəxsi tapşırığı ilə səhiyyə naziri Oqtay Şirəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov təcili olaraq Moskvaya ezam edildilər. Onlara zərər çəkən soydaşlarımızın vəziyyəti ilə tanış olmaq, təcili tədbirlər görmək, “Azərbaycan Hava Yolları” Dövlət Konserninə isə həlak olanların cənazələrini təyyarə ilə vətənə gətirmək tapşırıldı. Azərbaycan hökuməti həlak olanların vətənə gətirilməsi və dəfn edilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürdü, habelə həlak olanların və zərərçəkənlərin ailələrinə kompensasiyanın məbləğini müəyyənləşdirdi. Prezident İlham Əliyevin fövqəladə hallar və səhiyyə nazirlikləri, ölkəmizin Rusiyadakı səfirliyi qarşısında qoyduğu vəzifə tamamilə yerinə yetirildi.

Lakin ən mürəkkəb problem həlak olanların cənazələrinin vətənə gətirilməsi və müvafiq sənədlərin rəsmiləşdirilməsi ilə bağlı olmuşdur. Fövqəladə hallar naziri K.Heydərov bu vəzifəni Rusiya FHN ilə sıx əlaqədə yerinə yetirdi - həlak olanların hamısının cənazələri xüsusi təyyarə ilə Azərbaycana gətirildi.

Moskvaya ezam edilən nazirlər, habelə səfir P.Bülbüloğlu həmvətənlərimizin qoyulduğu xəstəxanalara gedərək, onların vəziyyəti ilə maraqlanırdılar. Xəstəxanalardakı həmvətənlərimiz qayğı və diqqətə, bu çətin anlarda mənəvi dəstəyə görə dövlətimizin başçısına və hökumətin nümayəndələrinə dərin minnətdarlıqlarını ifadə edirdilər.

Hazırda Moskva xəstəxanalarında qalan həmvətənlərimiz müalicə olunur, psixoloji bərpa kursu keçirlər. Səfirliyimiz və Ümumrusiya Azərbaycan Konqresi bu faciədən sağ çıxan insanların qeydinə qalır, tezliklə sağalması üçün mümkün olan bütün tədbirləri görürlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq