Moskvada Novruz bayramı qeyd olunmuşdur
Moskva, 18 mart (AZƏRTAC). Moskvada Novruz bayramı təntənəli surətdə qeyd olunmuşdur.
“Rossiya” Dövlət Konsert Salonunda (“Lujniki” idman sarayı) Moskva hökumətinin Regional Əlaqələr və Milli Siyasət Komitəsinin təşkilatçılığı ilə “Novruz-2012” bayramı keçirilmişdir.
Bahar bayramının qeyd olunması mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə, paytaxtda yaşayan müxtəlif xalqların nümayəndələrinin, diaspor təşkilatlarının daha sıx inteqrasiyasına kömək etmək məqsədi daşımışdır.
Qonaqlar müxtəlif ölkələrin milli mətbəxinin təamlarının dadına baxıb, ayrı-ayrı xalqların yaradıcılığı ilə tanış olmuşlar.
Konsert proqramında Rusiya, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın peşəkar yaradıcı kollektivləri, incəsənət ustaları çıxış etmişlər. Paytaxtdakı milli diaspor təşkilatlarının bir çoxunun incəsənət xadimləri Novruz bayramı ilə bağlı nömrələrini hazırlamışlar.
Ölkəmizi bayram konsertində Azərbaycanın Xalq Artisti Bilal Əliyev, əməkdar artistlər Gülyaz Məmmədova və Lalə Məmmədova təmsil etmişlər.
Regional Əlaqələr və Milli Siyasət Komitəsinin rəhbəri Yuri Artyux tədbirdə çıxış edərək Moskva meri Sergey Sobyaninin təbrik məktubunu oxumuşdur.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkədə akkreditə olunmuş diplomatik korpusun adından tədbir iştirakçılarını təbrik etmişdir.
Asya Hacızadə
AZƏRTAC -ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]