MÜASİR STANDARTLARA CAVAB VERƏN MƏHSUL İSTEHSAL EDİLİR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, “Azərneftyağ” neft emalı zavodunun istehsalı olan avtomobil benzinlərinin keyfiyyətini Avropa standartlarına çatdırmaq, yəni onların tərkibindəki aromatik karbohidrogenləri azaltmaqla ekoloji təmiz benzin istehsal etmək məqsədi ilə xarici şirkətlərlə ardıcıl iş aparılır. ABŞ-ın UOP firmasının təklifi əsasında baza layihəsi hazırlanmış, firmalarla “Alkilen Oksi Pro” kompleksinin inşasına dair danışıqlar aparılmışdır. Bu müasir qurğuların tikilməsi yaxın gələcəkdə dünya bazarına daha yüksək keyfiyyətli neft məhsulları çıxarmağa zəmin yaradacaqdır.
Son illər bütün sahələrdə sürətlə inkişaf edən müəssisə respublikamızda və MDB məkanında ilk dəfə keyfiyyət, ekologiya, təhlükəsizlik kateqoriyaları üzrə beynəlxalq standartların sertifikatlarına layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]