Muay-tay döyüşçümüz Məhəbbət Hümbətov “Krakov-2023”də mübarizəni dayandırıb
Krakov, 25 iyun, AZƏRTAC
Muay-tay üzrə Azərbaycan millisinin üzvü Məhəbbət Hümbətov Polşada təşkil olunan III Avropa Oyunlarına uğursuz start verib.
AZƏRTAC xəbər verir ki, turnirdə 71 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız dörddəbir finalda yerli döyüşçü Yakub Payevskiyə 28:29 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.
Millimizin digər üzvü Xəyal Əliyev (67 kq) yarımfinala vəsiqə qazanaraq, minimum bürünc medalı təmin edib.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]