Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirilməsi ilə bağlı məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli PUA bölmələrimiz tərəfindən aşkarlanaraq xüsusi texniki vasitələrlə yerə endirilib.