Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Sentyabrin 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Rudolf Perina (Amerika Birləşmiş Ştatları), Nikolay Qribkov (Rusiya Federasiyası) və Üq Perneni (Fransa Respublikası) qəbul etmişdir. 

General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra bildirmişdir ki, ötən ilin noyabr ayında mən sizi bu tərkibdə qəbul etmişdim. Təəssüflər olsun ki, bu dövr ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç bir müsbət dəyişiklik əldə edilməmişdir.

Rusiyalı həmsədr N.Qribkov qəbul üçün Müdafiə nazirinə təşəkkür etmiş və bildirmişdir ki, sizinlə bu görüşə şadıq. Bizim məqsədimiz münaqişənin həllinə kömək etməkdir və bu istiqamətdə durmadan çalışırıq.

O, demişdir: “Biz regiona səfərimizi Yerevandan başladıq, Ermənistanın Prezidenti Robert Koçaryan və müdafiə naziri Serj Sarkisyanla görüşdük. Prezident R.Koçaryan Prezident Heydər Əliyevlə keçirilən Sədərək görüşü haqqında çox yüksək fikirdədir”.

Amerikalı həmsədr R.Perina da Yerevanda əhəmiyyətli görüşlər keçirildiyini qeyd etmişdir. O, bildirmişdir: “Prezidentlərlə hər bir yeni görüşümüz məsələnin həllini sürətləndirmək istiqamətində işimizə yeni təkan verir. Problemin çözülməsində tərəqqi çox güman ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra əldə ediləcəkdir. Biz indiki vəziyyəti qoruyub saxlamalı və buna münasib atmosfer hazırlamalıyıq”.

Fransalı həmsədr Ü.Perne də Yerevanda keçirilən görüşlər haqqında təəssüratını Müdafiə naziri ilə bölüşmüşdür.

General-polkovnik S.Əbiyev ətraflı informasiya üçün həmsədrlərə təşəkkür etmiş və demişdir ki, sizin mövqeyiniz bizə məlumdur. O, demişdir: “Ermənistan Respublikası Azərbaycan torpaqlarını işğal edib və işğalçı dövlətdir. Bir milyondan artıq azərbaycanlı qaçqın çadırlarında dözülməz vəziyyətdə yaşayır. Dağlıq Qarabağda isə hazırda 40-45 min erməni qalmışdır. Belə çıxır ki, bir qrup erməni 1 milyondan artıq azərbaycanlının insan kimi yaşamaq hüququnu əlindən almışdır.

Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin tələbləri əsasında həll edilməlidir. Bu qətnamələrin tələblərinə sözsüz əməl olunmalı, bu barədə dünya ictimaiyyətinə ardıcıl məlumat verilməli və bu istiqamətdə işğalçı Ermənistan dövləti ilə iş aparılmalıdır. Təəssüflər olsun, heç kim demir ki, Ermənistan bütün beynəlxalq hüquq normalarını pozmuşdur”.

General-polkovnik S.Əbiyev fikrini davam etdirərək vurğulamışdır ki, 1994-cü ildən atəşkəs rejimi əldə edilmiş və o zamandan danışıqlar gedir. Lakin bu danışıqlar sonsuzluğa qədər davam edə bilməz.

Müdafiə nazirinin bu fikri ilə razı olduqlarını bildirən həmsədrlər qeyd etmişlər ki, biz Azərbaycan xalqının əzablarını yaxşı başa düşürük. Lakin məsələnin kompromislə həllindən başqa yol yoxdur. Biz kompromis axtarır və Ermənistan-Azərbaycan münaqişəsinin həllində prezidentlərə kömək etmək istəyirik. Biz məsələnin ədalətli həlli yolunu tapmaq istəyirik. Münaqişənin müharibə yolu ilə həlli Qafqaz regionunda mövcud olan heç bir problemin həllinə müsbət təsir edə bilməz.

Amerikalı həmsədr bir daha qeyd etmişdir: “Güman ki, 2003-cü ilin ikinci yarısı məsələnin həllində çox əhəmiyyətli olacaqdır. Münaqişəni həll etmək vaxtı yaxınlaşır”.

General-polkovnik S.Əbiyev demişdir: “Sizin nikbinliyiniz bizi çox sevindirir. Münaqişə uzandıqca müharibənin yenidən başlanması təhlükəsi artır. Onu tezliklə həll etmək lazımdır. Düşməni dilə tutmaq vaxtı çoxdan keçmişdir...”.

Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ross Uilson və Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puare iştirak etmişlər.

X x x

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 30-dan oktyabrın 11-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) NATO-SNT sahəsində çalışan zabitlər üçün SNT proqramı və Tərəfdaşlığın koordinasiyası qrupu ilə tanışlıq kursu keçiriləcəkdir.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elmi və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Agentlik: Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub

Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir

Humanoid robotlar sürətlə inkişaf edir

UNEC-də “Məzun platforması” istifadəyə veriləcək

Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb

NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub

Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub

Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

Ramil Həsən: TÜRKPA türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm rol oynayır

Azərbaycan Universiteti RUR beynəlxalq reytinqində mövqeyini yaxşılaşdırıb