MÜDAFİƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, general-polkovnik Səfər Əbiyev fevralın 10-da Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Xayçjou ilə görüşmüşdür.
Tanışlıq xarakteri daşıyan görüşdə müdafiə naziri səfiri yeni təyinatı münasibətilə təbrik etmiş və Azərbaycan-Çin münasibətlərinin inkişaf etdirilməsi işində ona uğurlar arzulamışdır.