ORDU
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.