Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları Ümummilli Liderin əziz xatirəsini anıblar
Bakı, 12 dekabr, AZƏRTAC
Görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar müdafiə sənayesi naziri Vüqar Mustafayev və nazirliyin əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, ziyarətçilər oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.