Müddətsiz müqavilə ilə işləmək istəyən 2 min 540 namizəd elektron ərizəsini təsdiqləyib
Bakı, 10 mart, AZƏRTAC
Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə elektron qeydiyyat başa çatıb.
Elektron sənəd qəbulu prosesində 2 min 971 namizəd qeydiyyatdan keçib, onlardan 2 min 540 namizəd elektron ərizəsini təsdiqləyib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Qeyd edək ki, müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üzrə müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplamış, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]