“Müəllim” mobil tətbiqi istifadəyə verilir VİDEO
Bakı, 24 fevral, Aysel Azadqızı, foto İlqar Cəfərov, operator Vüsal Tağıyev, AZƏRTAC
Təhsilverənlər üçün “Müəllim” mobil tətbiqi istifadəyə verilir.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib. O bildirib ki, tətbiq müəllimlərin gündəlik işini asanlaşdırmaq, təhsil prosesində rəqəmsal idarəetməni təmin etmək məqsədilə hazırlanmış rəsmi platformadır. Vüsal Xanlarov sistem vasitəsilə müəllimlərin dərs prosesini daha operativ şəkildə idarə edə, məlumat mübadiləsini sürətləndirə biləcəklərini vurğulayıb.