Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanaraq iş yerini dəyişdirib
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrım 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində 210 nəfər uğur qazanaraq iş yerini qarşılıqlı dəyişdirib: “Direktorların işə qəbulu müsabiqəsində 84 nəfər işə qəbul olub, 141 nəfər yerdəyişmə prosesi ilə iş yerini dəyişib. Hazırda 1027 nəfərin müsahibəsi davam edir”.
Eşqi Bağırov qeyd edib ki, cari ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə 24 min 50 nəfər cəlb olunub: “Onlardan 20 min 104 nəfəri müsabiqədə uğur qazanıb. 3 min 946 müəllim minimum tələbi ödəməyib və növbəti il təkrar sertifikatlaşdırmaya cəlb olunacaq.
Ümumilikdə indiyədək 55 min müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqını artımla alır. Tamamlanmış imtahanlar üzrə müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:27]
Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr
- 19.06.2026 [10:36]
DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək
- 18.06.2026 [19:57]
ADPU-nun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]