MÜHACİR AZƏRBAYCAN YAZIÇISI MƏHƏMMƏD ƏSƏD BƏYİN (QURBAN SƏİDİN) ARXİVİ TAPILMIŞDIR
N.Atəşi əsərlərini alman dilində yazmış, adı Avropada XX əsrin yüz ən çox oxunan ədibləri siyahısına düşmüş mühacir Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin (Qurban Səidin) həyat və yaradıcılığı haqqında qısa məlumat vermiş, uzun axtarışlardan sonra xarici ölkələrdə onun arxivini tapdığını bildirmişdir. Qeyd etmişdir ki, sənədlərin içində M.Əsəd bəyin vəsiyyətnaməsi, bəzi əsərlərinin əlyazması, alman və italyan dillərində mindən artıq məktub və s. vardır. Bu arxiv materiallarını tədqiq etmək üçün hazırda Potsdam Universitetinin nümayəndələri də daxil olmaqla 12 nəfərdən ibarət işçi qrupu yaradılmışdır.
M.Əsəd bəyin bir çox əsərlərini ( “Şərqdə neft və qan”, “Altunsaç”,“Ağ Rusiya” və s.) alman dilindən tərcümə etmiş Çərkəz Qurbanlı, yazıçının həyat və yaradıcılığına həsr olunmuş kitabın müəllifi, filologiya elmləri doktoru, professor Həsən Quliyev və başqaları tapılmış sənədlərin dəqiq apaşdırılmasının vacibliyindən danışmış, bu işə komək göstərəcəklərini vurğulamışlar.
Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılmışdır.