Mülki Müdafiə Qoşunlarında gənc əsgərlər üçün xüsusi hazırlıq məşğələləri keçirilir
Bakı, 18 avqust (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının döyüş hazırlığı planına əsasən, hərbi xidmətə yeni çağırılmış gənc əsgərlər üçün xüsusi hazırlıq məşğələləri keçirilir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşğələlərin keçirilməsində məqsəd gənc əsgərlərə Mülki Müdafiə Qoşunlarının tabeliyində olan ən müasir pirotexniki vasitələri, xüsusi geyim dəstlərini, deşici və kəsici alət və avadanlığı göstərməklə yanaşı, onların praktiki işləmə prinsipini nümayiş etdirməkdir.
Xüsusi hazırlıq dərslərinin gedişində, ilk növbədə ümumi təhlükəsizlik qaydaları, alət və avadanlığın istifadəsi zamanı zəruri və mühüm texniki məlumatlar çatdırılıb. Minaaxtaran heyətin partlayış təhlükəli əraziyə çatdırılması üçün nəzərdə tutulmuş “QAZ-27057”nin bazasında pirotexniki avtomobili, onun taktiki-texniki imkanları geniş izah edilib. Partlayış təhlükəsi olan ərazidə mina və hərbi sursatın axtarışı, aşkarlanmış mina və hərbi sursatın zərərsizləşdirilməsi, yerindəcə partladılması məqsədilə istifadə olunan “A 1”, “A 2” və “A 3” qoruyucu geyim dəstləri şəxsi heyətə nümayiş etdirilib.
Sonra gənc əsgərlərin marağına səbəb olan müxtəlif təyinatlı mina növləri, mina axtaran cihazlar ( RP-507, RP-507-T, meduza ), şuplama əməliyyatı, elektrik və qeyri-elektrik detonatorları, elektrik və qeyri-elektrik partlama üsulu istehkamçı çantası, mina partlayıcı maşını (KMP) əyani olaraq göstərilib, onların təyinatları izah edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 10.06.2026 [18:17]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [15:21]
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
- 10.06.2026 [12:15]
Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]