MÜQƏDDƏS QURBAN BAYRAMINDA HEÇ KİM UNUDULMUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti müqəddəs Qurban bayramında bir sıra xeyriyyəçilik tədbirləri həyata keçirmişdir. Rayonda yaşayan 800 şəhid ailəsinə, Qarabağ müharibəsi əlilinə, tənha qocalara, qaçqınlara və imkansız ailələrə qurban əti paylanmışdır. Rayon internat məktəbində qaçqın və köçkün uşaqlarına, valideynlərini itirmiş uşaqlara, ümumilikdə, 210 nəfərə bayram süfrəsi açılmışdır. “N” hərbi hissədə də bayram tədbiri keçirilmişdir.