MƏDƏNİYYƏT
Musiqidə əbədiləşən ömür
Bakı, 13 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbi “Heydər Əliyev İli”nə həsr olunmuş “Musiqidə əbədiləşən ömür” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra görkəmli dövlət xadimi Heydər Əliyevin müxtəlif tədbirlərdə sənət adamları ilə görüşlərindən, onlara göstərdiyi qayğı və diqqətdən bəhs edən videoçarxlar nümayiş olunub və məktəbin şagirdlərinin ifalarında tarixi şəxsiyyətin bəyənərək dinlədiyi mahnılar, musiqilər və şeirlər səsləndirilib.
Sonda tədbirin fəxri qonağı, Əməkdar artist Aygün Bəylər Ümummilli Liderin ən çox sevdiyi mahnılardan biri olan "Tut ağacı" mahnısını ifa edib.