Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: İnsanların oturaq həyat şəraitinə meyilli olması ilə əlaqədar onurğa xəstəlikləri artıb

Mütəxəssis: İnsanların oturaq həyat şəraitinə meyilli olması ilə əlaqədar onurğa xəstəlikləri artıb

Bakı, 20 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neyrocərrah Cəmil İsgəndərov onurğa problemləri, xəstəliyin ilkin əlamətləri, müalicə üsulları ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Son zamanlar onurğa ilə bağlı ən çox rast gəlinən problemlər hansılardır?

- Son dövrlər insanların əsasən oturaq həyat şəraitinə meyilli olması ilə əlaqədar onurğa xəstəlikləri artıb. Demək olar ki, 20 yaşdan sonra əksər insanlarda ara-sıra bel ağrıları qeyd olunur. Bu da onurğa problemlərinin ilkin başlanğıc əlaməti kimi düşünülməlidir. Onurğanın ən çox rast gəlinən xəstəliklərindən biri fəqərəarası disklərin yırtıqlarıdır. Bundan əlavə, fəqərə sürüşmələri (spondilolistezlər), onurğa kanalının darlığı (stenozlar) da geniş yayılmış xəstəliklərdəndir.

- Fəqərəarası disk yırtığının əsas əlamətləri hansılardır və diaqnozu necə qoyulur?

- Fəqərəarası disk yırtıqları onurğanın hansı nahiyəsində olmasından asılı olaraq müvafiq əlamətlərlə özünü göstərir. Fəqərəarası disk yırtıqlarının əsas əlamətlərindən biri ağrı sindromudur. Onurğanın hansı nahiyəsində disk yırtığı yaranıbsa, həmin nahiyədə olan lokal-yerli ağrılarla yanaşı, adətən bu ağrılar sıxılmış sinir boyunca yayılması ilə xarakterizə olunur. Belə ki, boyun nahiyyəsində olan yırtıqlar zamanı yuxarı ətraflarda (qollarda), bel nahiyəsində olduqda aşağı ətraflarda (ayaqlarda), onurğanın döş nahiyəsində olduqda isə qabırğalar boyunca yayılan ağrılar qeyd olunur. Ağrı sindromundan əlavə xəstələrdə müvafiq sinir boyunca hissiyyat və hərəkət problemləri də müşahidə oluna bilər ki, bu da onlarda yeriş pozuntusuna, əmək qabiliyyətinin itirilməsinə gətirib çıxara bilir. Bu səbəbdən də xəstələrdə erkən mərhələlərdə düzgün diaqnozun qoyulması vacibdir.

Xəstəliyin diaqnozu MRT (Maqnit Rezonans Tomoqrafiya) vasitəsilə qoyulur. Əgər xəstədə müvafiq klinik əlamətlər varsa, yəni fəqərəarası diskin yırtığına uyğun əlamətlər təyin olunursa, MRT müayinəsi mütləqdir. Bəzən xəstələr səhvən ilkin olaraq KT müayinəsindən keçərək bizə müraciət edirlər. Lakin bu düzgün yanaşma sayılmır. Xəstədə ağrılar olarsa, onlar ilkin olaraq həkim-mütəxəssisə müraciət etməli və müayinə planını həkim təyin etməlidir. MRT müayinəsi vasitəsilə bir xəstənin diaqnozunu qoymaqla yanaşı müalicə taktikasını da seçirik.

- Fəqərəarası disk yırtıqları zamanı hansı müalicə üsulları tətbiq olunur və bu sahədə hansı yeniliklər var?

- İlk öncə onu qeyd edim ki, bütün fəqərəarası disk yırtıqları cərrahi əməliyyat tələb etmir. Disk yırtıqlarının müalicəsində müxtəlif metodlar tətbiq olunur ki, bunlardan biri də cərrahi müalicədir. Əgər xəstədə olan kəskin ağrıları hansısa yolla aradan qaldırmaq mümkün deyilsə, xəstədə artıq hissiyyat, hərəkət pozuntuları, xüsusən də çanaq funksiyalarının pozulması müşahidə olunarsa, onda cərrahi əməliyyatın icrası mütləq lazım gəlir. Hazırda fəqərəarası disk yırtıqlarının cərrahi müalicəsində müxtəlif metodlar tətbiq olunur - klassik açıq cərrahiyyə, mikrocərrahiyyə, endoskopik cərrahiyyə, mikroendoskopik cərrahiyyə və s. Bu metodların hansından istifadəetmə qərarı xəstənin klinik əlamətlərindən və MRT-nin nəticələrindən, həmçinin müalicə həkiminin gündəlik praktikasında hansı üsula üstünlük verməsindən asılıdır. Bəzən xəstədə fəqərəarası disk yırtığı ilə yanaşı onurğa darlığı, fəqərələrin qeyri-stabilliyi aşkar olunarsa, cərrahi əməliyyat zamanı müxtəlif implantlardan istifadə olunaraq daha genişhəcmli əməliyyatlar da icra oluna bilər.

- Cərrahi əməliyyat yolu ilə problemi tam aradan qaldırmaq mümkündürmü və əməliyyatlardan sonra yenidən yırtıqların yaranma ehtimalı varmı?

- Təbii ki, cərrahi əməliyyatın nəticəsi vaxtında həkimə müraciətdən asılıdır. Belə ki, yalnız ağrı sindromu olan mərhələdə cərrahi əməliyyat icra olunarsa, bu əksər hallarda ağrıların keçməsinə və qısa müddətə xəstənin normal gündəlik həyata qayıtmasına gətirib çıxarır. Xəstə bir qədər gec müraciət edərsə, yəni artıq hissiyyat, hərəkət pozuntuları, çanaq funksiyalarının pozulması şikayətləri yaranıbsa, icra olunmuş əməliyyatlardan sonra bərpa müalicələrinə də ehtiyac olur. Bəzən isə bu sayılan əlamətlərin bəzilərinin qalması da qeyd oluna bilir. Bu səbəbdən də fəqərəarası diskin yırtığı təsdiqlənmiş xəstələr mütləq neyrocərrah tərəfindən baxıldıqdan, cərrahi əməliyyatın lazım olub-olmaması dəqiqləşdirildikdən sonra digər müalicələrə başlamalıdırlar. Əks halda, saydığım ağırlaşmalarda qarşılaşmalı oluruq ki, bu da əməliyyat nəticələrinə mənfi təsir edir.

Xəstələri maraqlandıran məsələlərdən biri də disk yırtıqlarının cərrahi əməliyyatdan sonra yenidən yaranma məsələsidir. Disk yırtıqlarının cərrahi əməliyyatı zamanı əksər hallarda fəqərəarası diskin bir hissəsi (yırtığa çevrilmiş hissəsi) çıxarıldığından 3-5 faiz hallarda yenidən yaranma ehtimalı var. Bəzi hallarda isə fəqərəarası disk tam götürüldükdə, xüsusən bu boyun nahiyəsində daha çox tətbiq olunur, təkrar yırtıqlar qeyd olunmur.

- Fəqərə sürüşməsi nədir və hansı müalicə üsulları ilə aradan qaldırılır?

- Normalda onurğanı təşkil edən fəqərələr bir-birinə nisbətən tam sıralanmış şəkildə yerləşir. Bəzi hallarda fəqərələri bir-biri ilə birləşdirən bağ aparatında, disklərdə və digər zəifləmələr, zədələnmələr yarandıqda onlar bir-birinə nisbətən yerini önə və ya arxaya doğru dəyişmiş olur ki, bu da tibdə fəqərə sürüşməsi-spondilolistezlər kimi tanınır. Bu zaman onurğanın ilkin olaraq dayaq funksiyası, yükdaşıma qabiliyyəti pozulduğundan müxtəlif klinik əlamətlər meydana çıxır. Fəqərə sürüşmələri adətən gəzərkən, oturarkən, müxtəlif bədən hərəkətlərinin önə əyilmə və digər icrası zamanı artan ağrılarla özünü göstərir. Ağrılar xəstəyə çox da narahatlıq yaratmırsa, gündəlik həyat fəaliyyətinə təsir etmirsə və digər yanaşı nevroloji əlamətlər yoxdursa, cərrahi əməliyyata ehtiyac olmur. Əks halda isə cərrahi əməliyyat mütləq lazım gəlir.

Spondilolistezlər zamanı əksərən onurğanın müxtəlif implantlarla fiksasiyası əməliyyatları icra olunur. Bəzən fəqərənin sürüşmə səbəbi zədələnmiş fəqərəarası disk olarsa, onda onurğa fiksasiyasıyla yanaşı fəqərəarası diskin tam çıxarılması və ya dəyişdirilməsi - TLİF, PLİF və digər əməliyyatlar da icra oluna bilir.

- Onurğa xəstəlikləri yaşla nə qədər əlaqədardır?

- İlkin olaraq onu qeyd edim ki, “insan yaşlandıqca mütləq onun onurğasında problem olmalıdır” anlayışı tam yanlışdır. Lakin təbii ki, insan yaşa dolduqca onun digər orqanlarında olan dəyişikliklər kimi, onurğasında da müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərə degenerativ dəyişikliklər deyilir. Onurğada baş verən degenerativ dəyişikliklər nə qədər çox olarsa, onda onurğa xəstəliklərinin yaranma ehtimalı da çox olur. Bu səbəbdən də yaşlı insanlarda, daha dəqiq desək onurğası yaşlanmış insanlarda bel yırtıqlarının, onurğa darlığı xəstəliyinin, fəqərə sürüşmələrinin, degenerativ skoliozun və digər problemlərin yaranma ehtimalı daha çoxdur.

Son olaraq qeyd etmək istəyirəm ki, yaşımızın artmasına baxmayaraq, biz onurğamızın “yaşlanmasına” maksimal imkan verməməliyik. Bunun üçün aktiv həyat tərzi, çox oturmamaq, çəki artırmamaq, ağır fiziki iş görməmək vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ