MÜTƏXƏSSİSLƏR CƏBHƏ BÖLGƏSİNƏ GÖNDƏRİLƏCƏKLƏR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yaranmış təhlükə nəzərə alınaraq, iyulun 24-dən qurumun mütəxəssisləri işğal olunmuş ərazilərlə həmsərhəd rayonlara göndəriləcəklər. Onlar bu bölgələrdə yanğından xilas olmuş heyvanların keçdiyi sahələrə baxış təşkil edəcək, nəzarət tədbirləri görəcək, əhali arasında sorğu aparacaq, baş vermiş dəyişiklikləri, əraziyə hansı heyvanların keçdiyini, onların nə kimi təhlükə törədə biləcəyini müəyyənləşdirəcəklər. Həmçinin ölmüş və xüsusi tələlərə düşmüş diri heyvanlardan götürülmüş nümunələrin bakterioloji və virusoloji müayinəsi aparılacaqdır.
Cəbhəyanı rayonların epidemioloji və epizootoloji vəziyyəti bir daha araşdırılacaqdır.
Bu tədbirlərin yüksək səviyyədə həyata keçirilməsində Səhiyyə Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri də yaxından iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]