MÜVƏQQƏTİ İXRAC REJİMİNDƏ APARILAN ƏMƏLİYYATLARIN HƏCMİ ARTMIŞDIR
Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin on ayı ərzində ölkəmizdən müvəqqəti ixrac rejimində 48433,8 min dollarlıq mal ixrac, 294550,3 min dollarlıq mal isə idxal edilmişdir. Həmin müddətdə Azərbaycan ərazisindən tranzit yolla 6744397,6 ton yük keçirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Yüklər, əsasən, İtaliya, İsveçrə, Gürcüstan, Türkiyə, Tacikistan, İran, Rusiya və digər ölkələrə göndərilmişdir.