Muxtar Babayev Almaniya XİN-in nümayəndəsi ilə iqlim sahəsində birgə fəaliyyəti müzakirə edib
Bakı, 17 fevral, AZƏRTAC
Münxen Təhlükəsizlik Konfransında (MSC2024) iştirak edən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi siyasətində ixtisaslaşmış amerikalı alman ekofəal, Almaniyada Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cenifer Morqanla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında məlumat verilib.
Paylaşımda qeyd olunur ki, görüş zamanı tərəflər hər kəs üçün səmərəli bir gələcək qurmaq naminə iqlim fəaliyyətini genişləndirmək və birlikdə çalışmağın vacibliyini müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:58]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:40]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:27]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [20:11]
Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.09.2026 [19:56]