REGİONLAR
Muxtar respublikada dərsliklərin paylanılmasına başlanılıb
Naxçıvan, 12 sentyabr, AZƏRTAC
İyul ayının sonlarından başlayaraq 168 min 823 dərsliyin və 156 min 96 bədii ədəbiyyatın muxtar respublikaya gətirilərək məktəblərə təhvil verilməsi təmin olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sentyabrın 12-dən isə muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin paylanılmasına başlanılıb. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Muxtar respublikaya gətirilən yeni ədəbiyyatlar da şagirdlərin istifadəsi üçün məktəb kitabxanalarına təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2024 [16:08]
Neftçalada 42 kilometrlik yol infrastrukturları yenidən qurulub
- 09.10.2024 [15:19]
Sumqayıtda qanvermə aksiyasında 250-dən çox donor qan verib
- 09.10.2024 [15:10]
Abşeronda şəhidlərimiz ildönümlərində yad edilib
- 09.10.2024 [14:37]
Naxçıvanda ilk dəfə toxum sərgi–satış yarmarkası keçirilib
- 09.10.2024 [13:01]