Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin zirvəsi – Qarabağ Azərbaycandır!

Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin zirvəsi – Qarabağ Azərbaycandır!

Bakı, 8 noyabr, AZƏRTAC

Bu günlər çoxəsrlik tariximizin ən parlaq səhifələrindən olan Zəfərimizin ikinci ildönümünü sonsuz qürur və fəxarət hissi ilə qeyd edirik. Vətən müharibəsinin davam etdiyi 44 gündə 30 ilin işğalına son qoymaq böyük səylərin, qətiyyətin, bir sözlə, müstəqil siyasətin nəticəsidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O deyib ki, müstəqillik təbii ki, yalnız atributları ilə ölçülmür. Müstəqillik müstəqil siyasət yürütmək, hər bir məsələyə yanaşmada ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqe ortaya qoymaqdır. Azərbaycan hər addımında müstəqil siyasət yürütdüyünü təsdiqləyir və dünyaya bu çağırışı edir ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq əsasdır və onun tətbiqi prosesində vahid mexanizm müəyyənləşib həyata keçirilməlidir.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə 30 ildə etdiyi bu kimi çağırışları reallıqda təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, qətiyyətli Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə dünənimizə baxış, perspektivlərin müəyyənləşdirilməsində stimulverici amil oldu.

Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Zəfərimizin memarı, Prezident İlham Əliyev Ümummilli Liderin 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı layiqincə doğruldaraq bütün dünyaya güclü Azərbaycan modelini təqdim etdi. Ulu Öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları reallaşdırdı, xalqın arzularını gercəkləşdirərək torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. İlham Əliyev 19 illik Prezidentliyi dövrünün 17 ilini torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəltdi, ordumuzu Qələbəyə hazırladı, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırdı. 17 ildə görülən işlər, atılan qətiyyətli addımlar dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 8 noyabr tarixində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” reallığını fəxrlə, qürurla bəyan etməsi ilə nəticələndi.

Dövlət başçısı İlham Əliyevin 2019-cu il oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı diplomatik uğurumuz olmaqla yanaşı, tarixi Zəfərimizə hazırlıq üçün böyük stimul oldu. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə Xankəndinə səfəri zamanı səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” absurd bəyanatı açıq-aşkar işğal altındakı torpaqlarımızın sülh yolu ilə qaytarılmayacağına işarə edirdi. Azərbaycan Prezidenti Ermənistan rəhbərinin bu sərsəm bəyanatından sonra dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndənin iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən, beynəlxalq aləmdə münaqişənin tarixinə düzgün yanaşılmamasından bəhs etdi. Dövlət başçısı tarixi həqiqətlərin, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini önə çəkərək bu məqamı da xüsusi qeyd etdi ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Möhtərəm Prezidentimizin “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikirləri bir daha dövlət başçısının qətiyyətini, prinsipiallığını, tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatımızın uğurlarını, artiq keçmişdə qalmış Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyimizi dünyaya çatdırdı. Həmin tarixi çıxışından bir il sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz “Qarabağ Azərbaycandır” nidasını bu tarixi torpaqlarımızın hər qarışına əbədi həkk etdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizə rəhbərlik etdiyi 19 ildə Prezident İlham Əliyevin hər bir bəyanatı reallıqda, Azərbaycan dövlətinin dəyişməz mövqeyində öz əksini tapıb. Bu gün hər bir vətəndaşımız fəxrlə, qürurla bəyan edir ki, əgər ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin xilaskarıdırsa, Onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində möhtəşəm Zəfərimizin memarıdır. Prezident İlham Əliyev möhkəm təməl üzərində güclü Azərbaycan yaratdı və əksər dünya dövlətləri ölkəmizin inkişaf modelini təqdir edərək öyrənilməsinin vacibliyini bildirdilər. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib idi. Dövlət başçısı İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən işğal altında olan ərazilərimizin azad edilməsi vəzifəsini uğurla yerinə yetirmək, xalqımızın torpaq həsrətinə son qoyub, Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Bayrağının dalğalanmasına nail olmaq üçün böyük qətiyyət nümayiş etdirdi. “Güclü ordu - güclü dövlət!” konsepsiyasının fundamental əsası olan iqtisadi tərəqqini xüsusi diqqətdə saxladı. Son 19 ildə Azərbaycanın iqtisadi uğurları torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, bu ərazilərin yenidən bərpasına, dirçəlməsinə də geniş imkanlar yaratdı.

Bu da bir danılmaz həqiqətdir ki, ölkəmizin iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan dünya dövlətləri ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı, reallıqlarımızın təbliği Ermənistanın işğalçı siyasətinin ifşası prosesini daha da sürətləndirdi. Milli maraqları hər şeydən üstün tutmaq, siyasi iradəsi, qətiyyəti, hadisələrin inkişaf axarını öncədən müəyyənləşdirə bilmək bacarığı, cəsarətli qərarlar bu gün dövlət başçısı İlham Əliyevin siyasi portretinin təqdimatında əhəmiyyətli rol oynayır. Uğurlarımız, eyni zamanda, bu reallığın da təsdiqidir ki, liderlik fenomeni ölkənin inkişafında, xalqın gələcəyi ilə bağlı biri-birindən önəmli qərarların qəbul edilməsində mühüm rola malikdir.

Vətən müharibəsinin davam etdiyi 44 günün hər anında tarix yazan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq təşkilatların hesabatlarında da etiraf edilir. Bizim üçün xüsusilə qürurvericidir ki, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Hələ 44 günlük İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində dünyaya nümayiş etdirmişdi. Aprel döyüşlərində ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşmən tapdağından azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü.

Müzəffər Ali Baş Komandan İlham Əliyev daim ən yüksək tribunalardan bəyan edirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. 2020-ci ildə Ermənistan silahlı qüvvələri dəfələrlə hərbi təxribatlar törətdi və hər dəfə Azərbaycan Ordusu bu hücumların qarşısını qətiyyətlə aldı. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı-müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutması 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına səbəb oldu. Ali Baş Komandan İlham Əliyevin müharibə başlanan zaman xalqa müraciətindəki mətinlik, qətiyyət, qələbəyə inam onu göstərdi ki, ölkə Prezidenti ordumuzun gücünə, xalqımızın birliyinə, həmrəyliyinə güvənir. Xalqımız isə elə müharibənin ilk günündən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. 44 günlük İkinci Qarabağ müharibəsi bu əminliyi bir daha təsdiqlədi. Ölkə Prezidentinin hər zaman səsləndirdiyi, beynəlxalq təşkilatların tribunasından bəyan etdiyi “Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” fikirləri Onun yenilməz siyasi iradəsi əsasında güclü dövlət konsepsiyasının uğurla həyata keçirilməsində, iqtisadi, siyasi və hərbi gücün yaradılmasında öz sözünü dedi. Məhz bu üç amilin vəhdəti 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirdi, 30 il işğal altında olub mənfur düşmənin vəhşiliklərinə şahidlik edən, amma tarixi sahibinə qovuşacağına ümidini bir an belə itirməyən torpaqlarımızın azadlığına yol açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Ermənistana və ona dəstək verən dövlətlərə tarix, hüquq və milli qürur dərsi oldu. Bu müsahibələr dövlət başçısı İlham Əliyevin praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, dəyişməz mövqeyini əsaslı şəkildə diqqətə çatdıran, dövlət maraqlarımızı hər şeydən üstün tutan Lider olduğunu dünyaya bəyan etdi. Həmin müsahibələr ölkəmizə dost, həmçinin düşmən mövqedə dayanan dövlətlərin münasibətlərinə də bir daha işıq saldı. Jurnalistlərin bəzən reallığı, daha çox isə qərəzi özündə ifadə edən suallarını təmkinlə, diplomatik şəkildə cavablandıran Prezident İlham Əliyev bir çox hallarda onlara öz ölkələrinin tarixini xatırlatdı, onların tarixini özlərindən də yaxşı bildiyini nümayiş etdirdi. “Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər” kimi fikirləri Prezident İlham Əliyevin liderliyini, dövlət maraqlarını hər şeydən üstün tutduğunu nəinki sözdə, əməldə təsdiqlədiyini, eyni zamanda, müstəqil siyasətimizi dünyaya çatdırdı. Məhz dövlət başçısı İlham Əliyevin diplomatik məharətinin nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında və informasiya cəbhəsində böyük üstünlük qazandıq. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulayasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan belə Azərbaycana qaytarıldı. Bu, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi!

Dövlət başçısı İlham Əliyev müharibədən ötən son iki ildə Azərbaycanın dirçəliş modelini dünyaya təqdim edərək qurucu lider olduğunu təsdiqlədi. Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çevirməsi, Böyük Qayıdış proqramını uğurla icra etməsi dünənimizə baxış əsasında gələcəyə hesablanmış siyasətimizin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə, Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə gerçəkləşdirdiyi 16 noyabr 2020-ci il tarixli səfəri Böyük Qayıdışa xidmət edən ilk quruculuq tədbirlərinə başlanması ilə yadda qaldı. Dastana çevrilən Şuşa əməliyyatının aparılmasına bələdçilik edən Füzulu- Şuşa yolu Zəfər yolu adlandırıldı və təməli qoyuldu. Həmin yol qısa zamanda tikilib istifadəyə verildi. Bu torpaqlarda aparılan, sadalamaqla bitməyən bərpa-quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya tarixində istisna hal olaraq Azərbaycanın imza atdığı ilkin nümayişidir. Müharibədən qalib çıxan Azərbaycan dövləti dərhal azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başladı. İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini abidələrimizin bərpası işində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etməliyik. Dövlət başçısı İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi.

Hazırda tarixi Zəfərimizin reallıqları əsasında regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması prioritet məsələdir. Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Bu istiqamətdə keçirilən görüşlərin, sonda imzalanan bəyanatların hər biri dövlət başçısı İlham Əliyevin diplomatik məharətinin uğurlarını özündə ehtiva edir. Azərbaycanın mövqeyi dəstəklənir, maraqları müdafiə edilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Ölkə Prezidenti hər zaman milli maraqlarımızı qətiyyətlə qoruyur, biri-birindən əhəmiyyətli addımları ilə, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla Azərbaycanı daha işıqlı gələcəyə aparır. Zəfərimiz ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlətə, xalqa bağlılığını, Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycana qazandırdığı qalibiyyətin təqdimatı oldu. Zəfərin mübarək, Azərbaycan! Vətən müharibəsində tarixi Qələbən mübarək, Azərbaycan xalqı!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib