“Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsi davam etdirilir
Bakı, 1 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsi uğurla davam etdirilir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti sayı 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Layihədə 14 şəhər, rayon və fərdi təhsil məktəbinin şagirdləri - Əsmər Vəliyeva (Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey), Ayan Musayeva (Qubadlı rayonu F.İ.Mehdiyev adına Qaralar kənd orta məktəbi), Zəhra Ağayeva (İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəb), Xədicə Salmanzadə (Salyan şəhər A.Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-lisey), Nərmin Əsgərli (Zəngilan rayonu 29 saylı tam orta məktəb), Xədicə Məmmədova (Abşeron rayonu Məmmədli kənd tam orta məktəbi), Fidan Məmmədova (Bakı şəhəri 83 saylı tam orta məktəb), Tovuz Abdulhəsənova (Sumqayıt şəhər 31 saylı tam orta məktəb), Yeganə İbrahimova (Qobu qəsəbə 3 saylı tam orta məktəb), Xanımnisə Rzazadə (Ceyranbatan qəsəbəsi 2 saylı tam orta məktəb), Nərmin Alıyeva (Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi), Murad Xudiyev (Sumqayıt şəhər Evdə Fərdi Təhsil məktəbi), Ülviyyə Xasiyeva (Lənkəran rayonu V.Həsənov adına Liman şəhər 2 saylı tam orta məktəb), və Fatimə İbrahimlidir (Xırdalan şəhər 5 saylı tam orta məktəb). Layihənin təşkilində Zəngilan rayon 29 saylı tam orta məktəbin tarix müəllimi Günay İbrahimova da iştirak edib.
Qeyd edək ki, layihənin məqsədi məktəblilərə tarixə dair yeni biliklər vermək, hobbilərinə, gələcək peşə seçimlərinə kömək etmək və yenilik qatmaqdır. Layihənin rəhbəri - Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır.