Myanmanın Yanqon əyalətində tornado nəticəsində 71 ev dağılıb
Bakı, 26 iyul, AZƏRTAC
Myanmanın Yanqon bölgəsində tornado nəticəsində 71 ev dağılıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Yanqon Xilasetmə Təşkilatının rəsmisi bununla bağlı açıqlama yayıb. Bildirilib ki, iki kənd, demək olar, sıradan çıxıb. Onun sözlərinə görə, tornado yerli vaxtla səhər saat 4:45 radələrində baş verib.
Bölgədə 71 evdən 34-ü tamamilə dağılıb, qalanlarının dam örtüyü uçub. Təşkilat rəsmisi əlavə edib ki, 340-dan çox insan zərər çəkib.
Bildirilib ki, Yanğınsöndürmə Xidmətləri Departamenti, müvafiq şöbələr, xilasetmə qrupları və Myanma Qızıl Xaç Cəmiyyəti yollardakı aşmış ağacları, dağıntıları təmizləmək və zərər çəkmiş sakinləri monastıra köçürmək üçün birlikdə çalışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]