M.Zaxarova: Rusiya ilə Azərbaycan arasında uğurlu humanitar dialoq inkişaf edir
Moskva, 8 fevral, AZƏRTAC
“Rusiya ilə Azərbaycan arasında uğurlu humanitar dialoq inkişaf edir, müxtəlif konsertlər, sərgilər, mədəni mübadilə tədbirləri keçirilir. Biz öz tərəfimizdən buna hər vasitə ilə şərait yaradacaq və kömək edəcəyik”.
AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi ilə əlaqədar Rusiya Dövlət Dumasında sərginin açılışını belə şərh edib.
M.Zaxarova vurğulayıb ki, bu əlamətdar tarix xarici siyasət idarələri xətti ilə qeyd olunub.
RF XİN nümayəndəsi daha sonra deyib: “Bizim xarici siyasət idarələri, səfirliklər və xüsusən, ölkələrimizin ictimaiyyəti bu əlamətdar tarixi geniş qeyd edib. Rəsmi tədbirlərdə və mərasimlərdə əsas məqsəd ondan ibarətdir ki, bizim ölkələrdə yaşayan, ortaq tarixə, ortaq mədəniyyətə və ənənələrə malik olan insanlar bütün bu işlərin onlardan ötrü görüldüyünü başa düşsünlər”. Mədəniyyətin insanları və xalqları bir-birinə ağlayan ən mühüm vasitə olduğunu vurğulayan M.Zaxarova deyib: “Bu sərgini yalnız alqışlamaq olar. Mənə belə gəlir ki, bu cür tədbirlərin sayı çox olmalıdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]