Nadir Zeynalov: Söyüdlüdə əhalinin sağlamlıq vəziyyəti kifayət qədər qənaətbəxşdir
Gədəbəy, 28 sentyabr, Göyçək Mahmudlu
Baş nazirin sərəncamına uyğun olaraq Söyüdlü kəndinin sakinlərinin dispanserizasiyası aparıldı. Dispanserizasiya könüllü şəkildə həyata keçirildi. Nəticələr onu göstərdi ki, Söyüdlü kənd sakinlərinin xəstəliklər üzrə göstəriciləri ümumiyyətlə ölkə üzrə olan göstəricilərdən aşağıdır. Yəni, burada yaşayan əhalinin sağlamlıq vəziyyəti kifayət qədər qənaətbəxşdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
"Bəzi xəstəliklərlə bağlı göstəricilər ölkə üzrə aşağı olsa da, Gədəbəyin ümumi orta statistikasından yuxarıdır. Biz bunu məqsədyönlü şəkildə aparılan müayinələrlə əlaqələndirə bilərik. Burada sağlam insanları müayinə etdik və aşkarlanma faizi daha yuxarı oldu. Ümumilikdə isə burada yaşayan əhali arasında sağlamlıq vəziyyəti qənaətbəxşdir", - deyə N.Zeynalov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:22]
Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO
- 01.10.2026 [19:12]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [18:41]
Cəlilabadda fərdi yaşayış evində yanğın olub
- 01.10.2026 [17:54]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:11]