Naftalan şəhərində qanvermə aksiyası keçirilib
Naftalan, 29 iyul, Elcan Məmmədov, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım məqsədilə qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının tibb briqadasının hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib.
Karantin qaydalarına uyğun təşkil olunan aksiyada Naftalan Şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları, könüllülər iştirak ediblər.