Naftalanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb
Naftalan, 30 iyul, Elcan Məmmədov, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri, Azər Həsənov, əvvəllər məhkum olunmuş Müşfiq Əsgərov və Ramin Zeynalov şəhər ərazisində saxlanılaraq ŞPŞ-yə gətirilib. Onların üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.