Naftalanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb
Naftalan, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Naftalanda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, şəhid ailələri, qazilər, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri Memorial Xatirə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Sonra ağacəkmə aksiyası keçirilib.
Respublikanın hər yerində olduğu kimi, saat 12:00-da şəhər ərazisində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.