Nantda Azərbaycan əsgərinə dəstək mitinqi keçirilib
Nant, 2 oktyabr, AZƏRTAC
“Var ol, Azərbaycan əsgəri!”, “Qarabağ Azərbaycanındır!”, “Yaşasın Azərbaycan!”
AZƏRTAC xəbər verir ki, bu şüarlar Nant şəhərində fəaliyyət göstərən Nant Türk Kültür Assosiasiyasının Azərbaycan Ordusuna dəstək mitinqində səsləndirilib.
Azərbaycan və Türkiyə bayraqları dalğalandığı dəstək mitinqində Nantda yaşayan azərbaycanlı və türk icmalarının üzvləri iştirak ediblər. Onlar Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutmasına və cəbhə xətti boyunca törətdiyi növbəti təxribatına etirazlarını bildiriblər. Onlar Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu səsləndiriblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Nant
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]