“Nar Mobile” Dohada keçirilən beynəlxalq sərgidə iştirak edir
Bakı, 9 dekabr, AZƏRTAC
“Nar Mobile” mobil operatorun rəhbərliyi Qətərin paytaxtı Doha şəhərində keçirilən “ITU Telecom World - 2014” ümumdünya telekommunikasiya sərgisində iştirak edir. Dekabrın 10-dək davam edəcək sərgidə fəaliyyət göstərən Azərbaycanın xüsusi stendində şirkətin ən son nailiyyətləri dünya ictimaiyyətinə təqdim olunur.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Nar Mobile” nümayəndələri sərgi çərçivəsində telekommunikasiya sektorunun inkişaf tendensiyaları, beynəlxalq praktikanın yeni istiqamətləri ilə tanış olur, həmçinin, sahənin aparıcı şirkətləri ilə təcrübə mübadiləsi aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]