NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Əzizbəyov Rayon Polis İdarəsi 3-cü bölməsinin əməkdaşları paytaxt sakini Şamil Satdinovdan 8,53 qram, Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçıları Sabir Allahverdiyevdən 9,043 qram marixuana götürmüşlər.
Nərimanov Rayon Polis İdarəsi 16-cı bölməsinin əməkdaşları Abşeron rayon sakini Vüsal Əlifovdan 1,67 qram həşiş, Əli Bayramlı Şəhər Polis Şöbəsinin işçiləri isə rayon sakini Murad Dadaşovdan 1,037 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işləri açılmışdır.