NARKOTİK VASİTƏ MÜSADİRƏ OLUNMUŞDUR
Quba Rayon Polis Şöbəsi əməkdaşları Mirzəqışlaq və Qaraçay kənd sakinləri, əvvəllər məhkum olunmuş Mirqasım Babayev və Xalid Əmirəliyevdən 59,38 qram marixuana götürmüş, narkotik vasitəni onlara 1 milyon manata satmış Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Dadaş Rüstəmovu həbsə almışlar.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşları isə Biləcəri qəsəbə sakini Vidadi Məlikovdan 0,225 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmış, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:15]
Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]