Narkotik vasitə və psixotrop həblər aşkar olunub
Bakı, 6 aprel, AZƏRTAC
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd “Metadon M-40” psixotrop həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
DGK-dən AZƏRTAC-a bildirilib ki, faktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.