NATO AZƏRBAYCANLA SIX ƏMƏKDAŞLIQDAN RAZIDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, vitse-admiral D.Kutluk demişdir ki, biz Azərbaycanın NATO ilə sıx əməkdaşlıq formalaşdırmasından çox məmnunuq və bu siyasətin daha da təkmilləşəcəyinə inanırıq. Azərbaycan zabitləri NATO qərargahlarında çox yaxşı fəaliyyət göstərir və öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
General-polkovnik Səfər Əbiyev xatırlatmışdır ki, Azərbaycan NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində 1994-cü ildən əməkdaşlıq edir, 2004-cü ilin mayından isə bu əməkdaşlıq “Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində aparılır.
Müdafiə naziri Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonağa ətraflı məlumat vermiş və münaqişənin həlli yolları barədə onunla fikir mübadiləsi etmişdir.
Qonaq Azərbaycanın bu münaqişənin həlli istiqamətində xarici siyasətinin çox önəmli olduğunu vurğulamışdır.
Nazir qonağı maraqlandıran suallara da cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]