NATO ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMA SALINMASINA DAİR DANIŞIQLARIN GEDİŞİNİ İZLƏYİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, NATO baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Rusiyanın “Novosti” agentliyində keçirilən mətbuat konfransında bildirmişdir ki, NATO Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqların gedişini mütəmadi olaraq müzakirə edir. O demişdir: “Biz danışıqlar prosesinin fəal iştirakçısı deyilik, lakin gələn il həmin danışıqlarda irəliləyiş əldə olunması perspektivləri bizi ruhlandırır”.
R.Simmons NATO ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında mümkün əməkdaşlıq məsələsinə toxunaraq bildirmişdir ki, Avratlantika blokunun fikrincə, bu təşkilat ilə əməkdaşlıqdan danışmaq hələ tezdir, çünki onun fəaliyyəti hələ tam formalaşmamışdır.
R.Simmons Gürcüstanın NATO-ya qəbulunun mümkünlüyü məsələsini də şərh etmişdir. Onun sözlərinə görə, Gürcüstan NATO-ya və Avropa İttifaqına daxil olmaq niyyətini bildirmişdir, lakin bu, hələ qeyri-mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]