NATO-NUN BAŞ KATİBİ YAAP DE HOOP SXEFFERİN BƏYANATI
-Sabahınız xeyir, xanımlar və cənablar. Deyə bilərəm ki, Baş katib kimi mən və Şimali Atlantika Şurası Azərbaycan Prezidenti cənab Əliyevi Şimali Atlantika Şurasında yenidən qəbul etməkdən olduqca məmnunuq.
Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır. Artıq on beş ildir ki, “Sülh naminə tərəfdaşlıq” proqramı, 2005-ci ildən etibarən isə “Fərdi tərəfdaşlığın əməliyyat plan”ı çərçivəsində çalışırıq. Təbii ki, Azərbaycan nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda mühüm iştirakçıdır. Azərbaycan enerji təhlükəsizliyi baxımından çox vacib bir ölkədir və NATO-nun çox dəyərli tərəfdaşıdır. Biz həmin tərəfdaşlığı genişləndiririk. Mən Əfqanıstanda İSAF əməliyyatları çərçivəsində Azərbaycanın verdiyi vacib töhfəsinə görə Prezident Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu işləri davam etdiririk və gələcəkdə də bu əsaslarla işləyəcəyik.
Bir neçə il bundan əvvəl mən Prezident Əliyevlə şəxsi münasibətlər qurmuşuq. Bunu nəyə görə deyirəm? Mən NATO-nun baş katibi olmağımla yanaşı, ATƏT-in keçmişdə fəaliyyətdə olan sədri kimi ümidvar olduğumu bildirmək istəyirəm və arzulayıram ki, Dağlıq Qarabağ münaqişəsi, bu problemi NATO dövlət və hökumət başçılarının bu ayın əvvəlində Strasburqda keçirilmiş Zirvə görüşündə qeyd edildiyi kimi, çox vacib bildiyim mühüm prinsip - ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapmalıdır.
Prezident Əliyev Azərbaycandakı vəziyyət, regiondakı enerji durumu və siyasi vəziyyət haqqında çox maraqlı təqdimatla çıxış etdi. Təbii ki, Prezident Əliyev Dağlıq Qarabağ məsələsinə də diqqət yetirdi.
Cənab Prezident, Sizi burada görməyimizdən çox şad olduq və məmnuniyyətlə sözü Sizə verirəm.