NATO-nun rəhbərlik etdiyi missiya Kosovoda mövcudluğunu gücləndirir
Bakı, 30 may, AZƏRTAC
NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) vəziyyətin sabitləşməsi üçün Kosovonun şimalındakı dörd rayonda mövcudluğunu gücləndirir.
AZƏRTAC xəbər verir ki, bu barədə missiyanın mayın 30-da dərc olunan bəyanatında deyilir.
“Beynəlxalq Təhlükəsizlik Qüvvələri vəziyyətin gərginləşməsi riskini azaltmaq üçün Kosovonun dörd rayonda mövcudluğunu artırıb”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, aprelin 23-də Kosovonun şimalında və Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zubin-Potok, Leposaviç və Severna-Mitrovitsa rayonlarında bələdiyyə seçkiləri keçirilib. Seçkiləri boykot edən serblər bələdiyyə binaları ətrafında barrikadalar qurub və binaya daxil olmağa çalışan Kosovo polisinə müqavimət göstərib. Rəsmi məlumata görə, toqquşmalar nəticəsində KFOR missiyasının 30 əsgəri - 11 italiyalı və 19 macarıstanlı hərbçi xəsarət alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]