NATO qərargahında alyans və Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub
Brüssel, 23 oktyabr, AZƏRTAC
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, NATO Baş katibinin tərəfdaşlıqlar üzrə köməkçisi, səfir Kevin Hamilton ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycanda ilk dəfə keçirilmiş “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsünün (PCCI-26)” üçüncü işçi görüşü və NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun bölmələrinin iştirakı ilə keçirilən 1-ci Səviyyə Özünüqiymətləndirmə (SEL1) təliminin uğurlu nəticələrini müzakirə ediblər.
Görüşdə Azərbaycan-NATO tərəfdaşlığında əməkdaşlığın gələcək perspektivləri və “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da səmərəli fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [18:50]
Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib
- 27.10.2026 [20:20]