Navrotski: Hazırda Polşada bir milyona yaxın ukraynalı qaçqın qalıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri, müxtəlif hesablamalara görə, Polşaya 2-3 milyon ukraynalı qaçqın gəlib. Hazırda isə Polşada bir milyona yaxın qaçqın qalıb.
AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Polşa Prezidenti Karol Navrotski BMT Baş Assambleyasında çıxışı zamanı açıqlayıb. “Biz ürəyimizi, sərhədlərimizi, evlərimizin qapılarını açdıq. Maddi, maliyyə, hərbi və diplomatik yardım göstərdik. Bu gün Polşada bir milyon ukraynalı qaçqın yaşayır”, - deyə Navrotski bildirib.
Müharibə başlayandan dərhal sonra Polşa Ukrayna vətəndaşlarına respublikada qanuni yaşamaq, işləmək hüququ, həmçinin müxtəlif sosial müavinətlər və səhiyyə xidmətlərindən istifadə hüququ verib. Lakin sentyabrın birinci yarısında Polşa Seymi Ukraynanın işsiz vətəndaşlarına sosial müavinət verilməsini dayandıran qanun qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]