Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayı yenidən artırılıb
Naxçıvan, 30 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayını yenidən artırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Naxçıvan-Bakı avtobus marşrutunun hərəkət qrafikinə daha bir reys əlavə olunaraq reyslərin sayı 5-dən 6-ya çatdırılıb. Vətəndaşlar sözügedən istiqamət üzrə əlavə edilmiş avtobus reysləri barədə ətraflı məlumatı muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə “biletim.az” platforması vasitəsilə əldə edə bilərlər.
Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılması, o cümlədən vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadə etməsi istiqamətində fəaliyyətini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]