NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN KİTABXANASI ÜÇÜN YENİ BİNA TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yeni obyektlərdən biri də Naxçıvan Dövlət Universitetinin kitabxanası üçün tikilən binadır. O, bir sıra keyfiyyətlərinə görə Muxtar Respublikada nadir binalardandır. Havaların soyuq keçməsinə baxmayaraq, kitabxananın tikintisində qızğın iş gedir. Burada çalışan fəhlələr daha əzmlə işləyir, binanın vaxtında istifadəyə verilməsi üçün əllərindən gələni əsirgəmirlər.