“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda elmi konfrans keçiriləcək
Bakı, 12 sentyabr, AZƏRTAC
AMEA Folklor İnstitutu oktyabrın 10-da Bakıda “Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçirəcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda iştirak etmək istəyənlər 250-300 sözdən ibarət məruzə özətlərini sentyabrın 30-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə oktyabrın 3-dək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.
Konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planına əsasən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]